Dəhşətli hadisə: Qadın özünü 9-cu mərtəbədən atdı

Hadisə Gəncədə baş verib

Gəncə şəhərində intihar hadisəsi baş verib. Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin yeni Gəncə yaşayış massivində, ev 24 B, mənzil 18-də qeydə alınıb. Sözügedən ünvanda yaşayan, 1946-cı il təvəllüdlü Tağıyev Firuza Məmməd qızı özünü 9 mərtəbədə yerləşən mənzilin eyvanından ataraq intihar edib. Prokurorluqdan bildirilib ki, F.Tağıyevanın psixi xəstəlikdən əziyyət çəkdiyinə görə intihar etdiyi güman edilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31