Kürdə batan şəxsin meyiti tapılıb

Kür çayında batan 32 yaşlı Hacıqabul sakininin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 22 iyul 2014-cü il tarixdə Kür çayının Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı nəzarətsiz ərazidə) batmış 1982-ci il təvəllüdlü Əlvan Mehman oğlu Şirinovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən 23 iyul tarixində tapılıb. Onun meyiti batdığı yerdən 1 km aralıda tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31