Rusiyada azərbaycanlılar arasında silahlı insident: Ölən var
23 İyul 2014 15:42 KriminalBu gecə Rusiyada azərbaycanlı güllələnib. Vesti.az-ın məlumatına görə, Ulan-Udenin Qaqarin küçəsində baş verən dava zamanı güllələnərək öldürülən 26 yaşlı Azərbaycan vətəndaşı təcavüzkarın maskasını çıxarmağı bacarıb. Öldürülən azərbaycanlının yanında olan dostu hüquq mühafizə orqanlarına bildirib ki, hadisə onlar axşam işdən evlərinə qayıdarkən baş verib: "3 nəfər maskalı adam bizə hücum etdi, metal parçası ilə vurmağa başladılar". Dava zamanı zərərçəkmişlərdən biri hücum eləyənlərdən birinin maskasını çıxarıb və həmyerlisini tanıyıb. Elə zaman güllə səsi eşidilib. Güllələrdən biri azərbaycanlının sinəsinə dəyib. O, hadisə yerindəcə ölüb. Silahlılar hadisə yerindən dərhal qaçıblar. Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxslər axtarılır.