Külli miqdarda narkotik vasitə tapıldı

Zaqatalada 1 ton 200 kiloqram çətənə məhv edilib

Zaqatalada külli miqdarda narkotik vasitə aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Zaqatala rayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat zamanı Danaçı kəndi ərazisindən çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd çətənə kolu aşkar edilib. Aşkar olunan narkotik vasitə yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31