Yemək qazanından telefon çıxdı
23 İyul 2014 14:29 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Əfqan Fərman oğlu Almaz-zadənin yanına qısamüddətli görüşə gəlmiş atası Fərman Abdalim oğlu Almaz-zadənin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd BlackBerry" markalı mobil telefon aparatı, elektrik qidalandırıcısı, batareya və elektrik naqili aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31