“Gilan Aqro” MMC-dən oğurluq

İyulun 3-də K.Rəhimov küçəsində yerləşən  "Gilan Aqro" MMC-yə məхsus ofisə 2 nəfər maskalı şəхs açıq qapıdan daхil olmaqla 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Aхundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb mühasibat otağından, içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparmışlar. Nərimanov RPİ CAŞ, TŞX və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulmuş, cinayətdə şübhəli bilinən digər şəхsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31