Kanalda batmış 12 yaşlı uşağın meyiti tapılıb
23 İyul 2014 13:43 Kriminalİmişli rayonunda kanalda batmış şəxsin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Su kanalının İmişli rayonunun, Cəfərli kəndi ərazisindən keçən hissəsində batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatıb. T. Şirinovun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31