FHN: Yanğının qarşısı alındı
Lerik və Lənkəranda yanğınlarının söndürülməsi işləri davam edir
23 İyul 2014 11:11 KriminalLənkəran və Lerikdə baş verən meşə yanğınlarının qarşısı alınıb.ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə, meşə zolağında 5 ha sahədə yanğın hadisəsi baş verib.Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.Lerik rayonunda isə yanağın hadisəsi Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə baş verib.Yanğınla mübarizə də eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir.Hazırda hər iki rayonda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.