Bakıda qəza dəhşət saçdı: qatardan qopan sistern qarşısına çıxanları parçaladı

Bakıda qatar ağır yol qəzası törədib. Dünən Binəqədi rayonunda, Baksol ərazisində Biləcəri qəsəbəsi istiqamətindən gələn qatarın sisternlərindən biri çıxıb və bir-iki kilometr yuvarlandıqdan sonra qarşısına çıxan "VAZ-21011" markalı minik maşınının üzərinə çıxıb. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, sistern "VAZ-21011"i sürüyərək bir neçə metr aparıb. Qarşısına çıxan beton maşınına dəyərək dayanıb. Parçalanan minik maşınının qalıqları böyük əraziyə yayılıb. Qəzaya uğrayan qatarın hərbi bazanın olduğu deyilir. Milli.Az-a danışan hadisə şahidləri deyir ki, qatardan ayrılan sistern o qədər sürətlə gedirmiş ki, teplovoz arxasından xeyli getsə də, çata bilməyib. Minik maşınında olan ata-bala ağır xəsarət alıb. Onları maşından çıxararaq xəstəxanaya aparıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31