İrandan heroin keçirmək istədi
22 İyul 2014 14:55 KriminalBiləsuvar Gömrük İdarəsinin "QoşaTəpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbaroğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin aşkar edilib. Adı çəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşmişdir. Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.