Lerik rayonu, Piran kəndində dağlıq meşə ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, baş vermiş yanğına FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd helekopter cəlb edilib. Yanğınsöndürmə işləri davam edir. Qeyd edək ki, yanğın ərazisi rayon mərkəzindən 35 km aralıda yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31