Uşağın barmağını dəmir həlqədən necə çıxarıblar?
22 İyul 2014 13:54 KriminalBakı şəhəri, Sabunçu rayonunda 2010-cu il təvəllüdlü uşağın barmağından dəmir həlqənin çıxara bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edərək kömək istənilib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uşağın barmağı sıxıldığı üçün şişmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həlqəni kəsərək barmaqdan çıxarıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31