İdman naziri 7 milyonu mənimsədiyi üçün həbs edildi
13 Avqust 2012 17:47 KriminalKamçatkanın idman naziri Viktor Kravçenko dələduzluğa görə həbs edilib. "OLAYLAR"ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, nazir 7 milyon rublu mənimsəməkdə təqsirləndirilir. Məlumata görə, prokurorluqda faktla bağlı cinayət işi başlananda Viktor Kravçenko sərbəst buraxılıb ki, araşdırmaların nəticələrindən sonra məsələ həll edilsin. Yəni, araşdırmalar getdiyi halda fakt təsdiqini tapmasa, nazirin hüquqları pozulmasın. Amma, nazir həmin müddətdə sakit durmayıb və Kamçatkanı tərk etmək istəyib. Göz altında olan nazir aeroportda saxlanılaraq təcridxanaya atılıb və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qərarı çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31