Xəqani bağında qanlı olay: 4 bıçaq zərbəsi vurdular
45 yaşlı kişini ölümcül hala salıblar
22 İyul 2014 11:58 Kriminalİyulun 22-nə keçən gecə Bakı şəhərinin Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəsul Rza küçəsində, Xəqani bağında naməlum şəxs və ya şəxslər 1969-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunu bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrində 4 bıçaq yarası almış 45 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Hadisənin kim tərəfindən və nə səbəbdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31