İran vətəndaşının bağırsağından tiryək çıxdı

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Khezerkandı Ahmada məxsus çamadana baxış zamanı gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd şüşə qabda, 30 ml və 65 ml həcmində - Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon məhlulu aşkar edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, K.Ahmadın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) selofan kəsiyinə bükülmüş bir bükümdə xalis çəkisi 5,724 qram tiryək, digər bükümdə isə üzərində "ddp/M20" nişanəsi olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon adlı 3 ədəd həb aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31