“Arko”nun içindən telefon çıxdı
21 İyul 2014 15:51 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4; 234.4.1 və 234.4.3 maddələrinə əsasən həbs olunmuş şəxs Çingiz Oktay oğlu Cəfərova nişanlısı vətəndaş Ülviyyə Fəxrəddin qızı Qədirovanın gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Arko" üz kreminin içərisinə kustar üsulla yerləşdirilmiş işlək vəziyyətdə, daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31