Kitabın vərəqələrini kəsib telefon gizlədirmiş
21 İyul 2014 14:36 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində müalicə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fuad Rövşən oğlu Kazımzadənin saxlanıldığı palataya və şəxsi əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Paroqi" adlı kitabın vərəqlərinin arasında kəsilərək düzəldilmiş gizli saxlanc yerində gizlədilmiş 1 ədəd "İ Phone 5S" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31