Zaqatalada “qızıl üzük” əməliyyatı

Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Zaqatalada polislər "qızıl üzük" əməliyyatı keçiriblər. Zaqatala polis bölməsinə şikayət daxil olub. Şikayətdə bildirilib ki, iyulun 18-nə keçən gecə Zaqatala rayonunun Əlibayramlı kənd sakini Bahar Əhmədovun evindən qızıl üzük oğurlanıb. Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Əməliyyat zamanı Qəşəm Heydərov tutulub. Onun digər oğurluqlarda da əlinin olması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31