Polisə rüşvət verən azərbaycanlı tutuldu
Rusiyada işləyən azərbayacanlı məhkəmə qarşısında
21 İyul 2014 12:42 KriminalRusiyada polisə rüşvət verməkdə ittiham edilən azərbaycanlı şəxs tutulub. Hadisə Vladivastokda baş verib. Rüşvət verməyə cəhd edən şəxs biznesmen olub. O, cinayət başında saxlanılıb. Adı açıqlanmayan azərbaycanlının Vladivastok ərazisində qanunsuz spirtli içki satışı ilə məşğul olduğu müəyyən edilib. Ona bu barədə məlumat verəndə isə kişi polisi "danışıq" üçün avtomobilinə dəvət edib. Azərbaycanlı ona qarşı iş açılmaması və mallarının müsadirə edilməməsi üçün polisin cibinə 4 min rubl salmağa çalışıb. İndi o rüşvət verməyə cəhdə görə daha çox xərcə düşəcək. Məhkəmə qərarı ilə 120 min cərimə təyin edilib. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31