11 azərbaycanlı tutuldu

Rusiyada saxlanılanlar iş adamını qaçırmaqda ittiham edilirlər

Rusiyada 11 Azərbaycan vətəndaşı tutulub. Saxlanılan şəxslər moskvalı biznesmenin oğurluğunda ittham edilirlər. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar iş adamını azad etmək üçün onun yaxınlarından 500 min dollar tələb ediblər. Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, oğurluq hadisəsi iyul ayında Moskvanın cənub-şərq dairəsində qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb. Saxlanılan azərbaycanlılar 28-41 yaş arasındadırlar. Hazırda faktla bağlı araşdırma aparılır. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31