Cibindən 5 ədəd tapança gülləsi çıxdı

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşı Seymur Qəhrəmanovun üzərində baxış keçiriblər. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun şalvarının yan cibindən çıxardığı "Kent 4" markalı siqaret qutusunun içərisindən yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan 5 ədəd tapança gülləsi aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31