Sərnişin avtobusundan heroin aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbar oğlunun idarə etdiyi "Scania" markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı, xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin aşkar edilib. Adı çəkilən sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona məxsus deyil, məsələdən xəbərsizdir və həmin maddənin aşkar edildiyi oturacaqda sərnişin Mahmud Vəliyev əyləşmişdir və özünü şübhəli aparırmış. Bundan sonra M.Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31