Moskvada azərbaycanlının evindən külli-miqdarda pul oğurlandı
Oğrular dəmir qapını və pulun olduğu seyfi qırmadan açıblar
18 İyul 2014 18:31 KriminalRusiya paytaxtında azərbaycanlının evindən külli miqdarda pul oğurlanıb. M24.ru saytının yaydığı xəbərdə bildirilir ki, paytaxt sakini polisə mənzilindən 12,5 milyon rus rublu (357 min ABŞ dolları) oğurlanması ilə bağlı müraciət edib. Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, naməlum şəxslər iyulun 17-də gecə saatlarında azərbaycanlının dördüncü mərtəbədə yerləşən evinə girərək dəmir seyfdə olan 12,5 milyon rub məbləğində pulu aparıblar. Əməliyyatçılar hazırda oğruların dəmir qapını və pulun olduğu seyfi qırmadan necə açdıqlarını araşdırırlar. Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31