Bir gündə 3 nəfər çimərkən batdı

Bir gündə 3 nəfər dənizdə çimərkən boğulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyulun 17-də Göygöl rayonunun ərazisində Goranboy rayon sakini Asiman Hüseynov Gəncə çayının rayonun ərazisindən keçən hissəsində çimərkən boğulub. Həmin gün Qəbələ şəhəri ərazisində, şəhər sakini Coşqun Abdulhüseynov göldə çimərkən boğulmuşdur. C.Abdulhüseynovun meyiti sudan çıxarılıb. Sumqayıt şəhərinin Z.Tağıyev qəsəbəsinin ərazisində Ağsu rayon sakini, 2000-ci il təvəllüdlü Balaxan Gülməmmədov dənizdə çimərkən boğulub. B.Gülməmmədovun meyiti sudan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31