Zaqatalada narkoplantasiya, 4 ton narkotika məhv edildi
18 İyul 2014 17:40 KriminalZaqatalada daha bir narkotika plantasiyası aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Zaqatala RPŞ və Daxili Qoşunların əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzunqazmalar kənd bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çəkisi 6 ton olan 4000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31