Bakı polisi iki heroin alverçisini birdən yaxaladı

Bakıda polis əməkdaşları bir gündə iki heroin alverçisini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Yusifovdan 0,348 qr və Lənkəran rayon sakini Ağamalı İsayevdən 121,141 qr heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31