DİN baş redaktorun ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş redaktorun ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyulun 17-si saat 10 radələrində Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini Teymur Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə Ağdam rayon sakini Sərvan Ağayevi vurub.  Xəstəxanaya yerləşdirilmiş S.Ağayev orada ölüb.  Xətai RPİ tərəfindən araşdırmalar aparılır. Qeyd edək ki, Sərvan Ağayev "Qarabağ" qəzetinin baş redaktorudur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31