Ucarda dəhşət, ər arvadını qaynanasının gözü qarşısında öldürdü
18 İyul 2014 17:35 KriminalUcarda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə. iyulun 17-də Ucar rayonu Qaradağlar kənd sakini Həqiqət Şərbətəliyevanın evində, kürəkəni Talıb Heydərov ailə-məişət münaqişəsi zəminində arvadı Elnarəyə bıçaqla xəsarətlər yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Elnarə orada ölüb. Ucar RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31