Şəmkirdə 1 nəfər suda boğulub
18 İyul 2014 13:36 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1992-сi il təvəllüdlü Razim Sədi oğlu Əhmədov Kür çayının Şəmkir rayonu Kür qəsəbəsi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. R.Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31