Bakıda baş redaktoru maşın vurub öldürdü
18 İyul 2014 13:31 KriminalBakıda jurnalist avtomobil qəzasında həyatını itirib. "OLAYLAR"ın məlumatına görə, hadisə iyulun 17-də axşam saat 21 radələrində baş verib. "Qarabağ" qəzetinin baş redaktoru Sarvan Şamiloğlu(Ağayev) yolun kənarı ilə gedərkən arşıdan gələn avtomobil idarəetməni itirib onu vurub. Baş redaktor aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Məlumata görə, baş redaktor həmin vaxt məsciddən çıxırmış. İbadət edib evinə getmək istəyən Sarvan Şamiloğlu elə məscidin qarşısında vurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31