Kürdə iki nəfər batıb

Birinin meyiti tapılıb, digərinin axtarışı aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2002-сi il təvəllüdlü Şahin Sabir oğlu Əliyev və 1970-ci il təvəllüdlü Azər Ağabəy oğlu Əliyev Kür çayının Salyan rayonu Bazanlı kənd ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb. Ş.Əliyevin cəsədi saat 19:45-də dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. A. Əliyevin cəsədinin axtarışı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31