Bakıda gecə qan su yerinə axdı
Xəzər rayonunda 3 nəfər ağır dərəcəli bıçaq xəsarətləri alıb
18 İyul 2014 12:49 KriminalÖtən gecə saat 23:00-da Bakının Xəzər rayonu ərazisində qan su yerinə axıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən verilən məlumata görə, hadisə dəmiryolu yaxınlığında baş verib. İnsident nəticəsində 3 nəfərin qanı tökülüb. Belə ki, 34 yaşlı Tərlan Xudaquliyev, 28 yaşlı Yalçın Xudaquliyev və 22 yaşlı Ayaz Abdullayev bıçaqlanıblar. Hər 3 şəxs ağır halda xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, hadisə mübahisə zamanı baş verib. Mübahisədə söyüş işlədilməsi nəticəsində tərəflər bıçağa əl atıblar. Hələlik hadisənin təfərrüatları barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31