Avtomobil piyadanı vurub 40 metr kənara atdı
18 İyul 2014 12:11 KriminalBu gün səhər saat 8 radələrində Şəki ərasizində bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 24-cü km-də Şəkinin Şəki kəndi ərazisində qeydə alınıb. Belə ki, hadisə zamanı Şəkinin Vərəzət kənd sakini Rəhimov Natiq Ələddin oğlu idarə etdiyi 90-FK-577 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan Şəki kənd sakini, 1990-cı il təvəllüdlü Cəlilov Yusif Nərman oğlunu vurub. Avtomobillə vurulan piyada hadisə yerindən təxminən 40 metr kənara düşüb. Avtomobil özü isə qəza yerindən 60 metr kənarda dayana bilib. Qəza zamanı vurulan şəxs elə hadisə yerindəcə dünyasını dəyişib. Polisdən verilən məlumata görə, hadisəyə ilkin olaraq avtomobilin yüksək sürətlə idarə edilməsi və idarəetmənin itirlməsi ehtimal edilir. Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.