Bir nəfər Gəncə çayında boğuldu

Hadisə bu gün Gəncə çayının Göygöl rayonundan keçən hissəsində baş verib

Gəncə çayında boğulma halı qeydə alınıb. Hadisə bu gün Gəncə çayının Göygöl rayonundan keçən hissəsində hadisə baş verib. Belə ki, Goranboy rayonunun Gürzalılar kənd sakini 20 yaşlı Asiman Teyyub oğlu Hüseynov Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Göygöl rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31