Özünü sevgilisinin evində öldürdü
İntiharın səbəbləri bilinmir
17 İyul 2014 18:18 KriminalBakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini, 1970-vi il təvəllüdlü Skoraboqatov Yan Valeriyeviç özünü Hövsan qəsəbəsində, Kaspar bağları adlanan yaşayış massivindəki 206 saylı həyətdə öldürüb. Bildirilir ki, ev Y.Skoroboqatovun qeyr-rəsmi nikahda yaşadığı Larisa adlı qadına məxsus olub. Burada yaşayan 44 yaşlı kişi həyətdəki çardaqda özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31