Bakıda dəhşət: Qatar qadının üstündən keçdi
Hadisənin intihar və ya bədbəxt olay olması məlum deyil
17 İyul 2014 18:15 KriminalBakıda dəhşətli hadisə baş verib. Binəqədi rayonu ərazisində qatar yaşlı qadının üstündən keçib. Dəmir yolu xəttinin Biləcəri-Heybət mənzilində hərəkət edən qatarın altında qalaraq ölən qadının 1944-cü il təvəllüdlü Bayramova Lyudmila Timofeyevna olması məlum olub. Hadisə ilə bağlı müvafiq qurumlar araşdırmalar aparır. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31