Gəncədə keçmiş məhkumun həyətindən 251 kilo narkotika aşkarlandı
17 İyul 2014 16:54 KriminalGəncədə narkotika alverçisinin həyətindən narkotika sahəsi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Musayevin kirayədə yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 251 kq olan 502 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31