Zaqatalada narkotika plantasiyası aşkarlandı
17 İyul 2014 16:52 KriminalZaqatala rayonunda narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi, Daxili Qoşunların Baş İdarəsi və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Zaqatala rayonunun Muğanlı kənd bələdiyyəsinə məxsus 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1 ton 500 kq olan 1330 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31