Azərbaycanda daha bir narkomafiya yaxalandı, 20 kiloqram narkotika
17 İyul 2014 16:50 KriminalAzərbaycanda daha bir narkomafiya tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Nadir Məmmədovdan, Həmis Orucovdan və Masallı rayon sakini Maqsud Qasımovdan çəkisi 11 kq 180 qr olan tiryək və 7 kq 930 qr həşiş götürülüb. Fakt üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31