Balakəndə taxta sexi yanıb
17 İyul 2014 13:05 KriminalBalakən rayonu, Tülü kəndində vətəndaşa məxsus taxta sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 180 kv.m olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış 8 kub taxtanın 2 kubu yanıb. Sexin və taxtanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31