Nazirlik "qara siyahı"nı açıqladı (SİYAHI)

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb

Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb.ANS PRESS-in Nazirliyə istinadla verdiyi məlumata görə, borcunu ödəməyən bəzi vətəndaşların adı "qara siyahı" salınıb.Siyahıya əsasən ən çox vergidən yayınan şəxs Mirzəyev Fuad Rəsul oğludur. Bu vətəndaş 2 min 306,9 AZN məbləğində vergi ödəməkdən yayınıb. Digər bir şəxs isə 2 min 242,9 vəsait ödəməkdən boyun qaçıran Abdullayev Yaşar Abdulla oğludur.Vergi ödəməyənlər arasında şirkət adı da var. Belə ki, "Uzun meşə" Azərbaycan-Şotlandiya MMC adlı şirkət vergidən 1 775,2 AZN vəsait yayındırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31