Şəmkirli narkobaron yaxalandı, 110 kq narkotika və 3 qumbara ilə

Şəmkirdə narkobaron yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fikrət Əliyevə məxsus bağ sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 109 kiloqram 180 qram olan 72 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

F.Əliyevin evinə baxış zamanı isə 41,7 qram marixuana, 31,6 qram çətənə toxumu, 1 ədəd müvafiq sənədləri olmayan tüfəng, 3 qumbara, 2 qumbara alışdırıcısı və 12 ədəd patron aşkar edilərək götürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31