Bakının mərkəzində avtomat satan şəxs yaxalandı
16 İyul 2014 16:33 KriminalBakıda keçmiş məhkum silah satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Bağırov "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd patron darağını və 5 ədəd patronu satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31