Çimərlik qırğını davam edir: daha 3 nəfər boğularaq öldü
Son günlərdə çimərliklərdə boğulanların sayı xeyli artıb
16 İyul 2014 13:36 Kriminalİyulun 15-də Azərbaycanın müxtəlif ərazilərində 3 nəfər çimərkən batıb. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakinləri Emin Axundov Göradil çimərliyində, Vitaliy Zinovyev Duzlu göldə, Ucar rayon sakini Güllər Salmanova isə H.Zeynalabdin qəsəbəsinin ərazisindəki dənizdə çimərkən boğulub. Onların meyitləri sudan çıxarılıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31