Həbsxanaya gilas mürəbbəsində tiryək keçirmək istədi
16 İyul 2014 13:10 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 67.1 maddələrinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Fərhad Cəbrayıl oğlu Əliyevə xalası oğlu Elşən Həsən oğlu Həziyevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun sovqat kimi gətirdiyi gilas mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 0.941 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31