Xurma dənəsinin içindən heroin çıxdı
13 Avqust 2012 12:38 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1973-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Məmmədov Nadir İlkin oğluna xalası oğlu vətəndaş Altıxanov Sabir Azad oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurma dənələrinin içərisindən ümumi xalis çəkisi 4,498 qram narkotik vasitə - "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31