Dənizdə batan şəxs xilas edilib

 "Hövsan" çimərliyində batmaq təhlükəsilə üzləşmiş şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə ("Hövsan" sularda xilasetmə postundan, təxminən, 1000 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin "Hövsan" sularda xilasetmə postunun xilasediciləri tərəfindən xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31