Büdcəni talayanlara cinayət işi açıldı

Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırmalar zamanı Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirəbədil və Çuxurzəmi kəndllərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə kənd sakinlərinin guya buğda əkmələri barədə sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11 min 670 manat pul vəsaitinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31