Mobil telefon və aksesuarlar aşkar edilib

Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Cəmaləddin Həsənov gömrük nəzarətindən "yaşıl" kanalla keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.  Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlimata görə, adıçəkilən vətəndaşın çamadanına "Rapiscan-628" markalı X-Ray rentgen aparatı ilə baxış zamanı aparatın monitorunda mobil telefonlar və elektron cihazların təsvirləri görünüb.  Həmin çamadana təkrar gömrük baxışı nəticəsində orada C.Həsənovun nə şifahi, nə yazılı, nə də elektron formada bəyan etdiyi - müxtəlif markalı 7 ədəd mobil telefon və 5 ədəd "Samsung" markalı "USB" kabeli ilə kompüterə qoşulan diskli cihaz aşkar edilmişdir. Həmin cihazın qutularına baxış zamanı isə orada da gizlədilmiş 1000 ədəd 1 GB, 1000 ədəd 2 GB və 200 ədəd 8 GB-lıq yaddaş tutumu olan mikro SD kartlar aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31