Gədəbəydə narkoplantasiya, 6,2 ton çətənə kolu aşkarlandı

 Gədəbəydə daha bir narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gədəbəy RPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 6 ton 200 kiloqram olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31